Premyer Liqa: Qurban Qurbanov baş məşqçi kimi 500-cü oyununu keçirib
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
BrendAport.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Premyer Liqanın XVIII turuna təsadüf edib.
Səfərdə “Zirə” ilə qarşılaşan Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.
Q. Qurbanov karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun rəhbərliyi altında baş tutan 500 görüşdə 312 qələbə, 117 heç-heçə və 71 məğlubiyyət qeydə alınıb.
Təcrübəli mütəxəssis Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.
Qeyd edək ki, Qurban Qurbanovun debütü 2006/2007-ci illər mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da onun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.
Facebook-da paylaş