"Sağlam olmaq üçün idmanla məşğul olmaq vacibdir"

Nazim Muradov 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 2015-ci ildə Şamaxı şəhər 9 saylı məktəbi bitirdikdən sonra tibb təhsili alıb. Hazırda Nazim həkim Şamaxının tanınmış diş həkimlərindən biridir.
O, daim tibbi bacarığını və biliyini artıran bir həkimdir. Nazim həkim Moskva, Kiyev və Odessa kimi şəhərlərdə stomotoligiya ilə əlaqədar müxtəlif elmi tədbirlərdə iştirak edib və sertifikatlarla mükafatlandırılmışdır.
Nazim həkim həm də aktiv sağlam həyat tərzinin tərəfdarıdır. Vaxtı ilə həvəskar səviyyədə ağır atletika və boksla məşğul olub. Müxtəlif janrlarda olan kitablar oxumağın həvəskarıdır. Xüsusi olaraq Elxan Elatlının kitabları ilə maraqlanır.
Həkimlə həm idman, həm stomatlogiya barəsində söhbət etdik:
- Həkim, idmana olan münasibətiniz?
- Müsbətdir. Deyərdim ki, lap əla. Həkimlər sağlam həyat tərzinin təbliğatçılarıdır. Sağlam olmaq üçün idmanla məşğul olmaq vacibdir. Qaçmağı sevirəm. Arada dostlarımızla toplaşıb futbol da oynayırıq. Hər dəfə idmandan qayıdıqdan sonra insan özünü gümrah hiss edir. İdman eyni zamanda insanı zərərli vərdişlərdən uzaqlaşdırır.
İnsan orqanizmində ən həssas hissələrdən biri də dişlərdir. Dişlər orqanizmdə həm sağlamlıq, həm də zahiri gözəllik rəmzidir. Çalışmaq lazımdır ki, dişlərimizi qoruyaq və vaxtlı-vaxtında diş hikmlərinə müraciət edək.
Əliqasım Məmmədov
Azərbaycan Dövlət Pedoqoji Universitetinin I kurs tələbəsi










Facebook-da paylaş
