Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Atama sağ ol deyib, qarşısında baş əyirəm”



Məhəmməd Məmmədov 27 iyun 1997-ci ildə Rusiya Federasiyasının ikinci ən böyük şəhəri olan Sankt Peterburqda anadan olub.

Atası Cəbrayıl müəllim onun hər zaman idmançı olmağını və bu sahədə ölkəmizin adını beynəlxalq arenalarda uğurla təmsil etməyini arzulayıb. Elə buna görə də Məhəmmədi 6 yaşından Aleksandr Pavloviçin rəhbərlik etdiyi taekvondo məktəbinə yazdırıb.

Az keçmir ki, Məhəmməd özünü yaxşı tərəfdən göstərir və artıq yarışlara qatılır. Belə ki, o, 2007-ci ildə yaşıdları arasında 37 kq çəki dərəcəsində Sankt Peterburq çempionu olur.

Rusiyadan Bakıya qayıtdıqdan sonra isə Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçilərindən Səbuhi Zülfüqarovun rəhbərliyi ilə məşqlərini davam etdirib.

Məhəmməd 2010-cu ildə Hövsan Olimpiya Kompleksində Bakı birinciliyinin qalibi olandan sonra, Məmməd müəllimin təşəbbüsü ilə milli komandaya dəvət alır.

2010-cu ildən isə Azərbaycan bayrağı altında beynəlxalq yarışlara qatılmağa başlayır.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Avropa Çempionatında iştirak edir. Təəssüf ki, bu çempionatda medal yarışında 1 xal hesabı ilə məğlub olur.

Bir ildən sonra gənclərdən ibarət milli komandanın heyətinə cəlb olunur.

Respublika çempionu olduqdan sonra 2013-cü ildə Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Çempionatında 55 kq çəki dərəcəsində iştirak edir. Bu çempiontda isə əvvəlki məğlubiyyətinin revanşını alaraq, döyüşlərini yüksək səviyyədə keçirir. Bütün rəqiblərini məğlub edərək Avropa çenpionu tituluna sahib olur.

Həmin il yenə də respublika çempionu olan Məhəmməd artıq böyüklər arasında respublika çempionatına qatılmaq hüququ qazanır və bu turnirdə respublika ikincisi olur.

2014-cü ildə gəclər arasında dünya çempionatında iştirak edir. Təəssüf ki, olimpiya lisenziyasına vəsiqə verən bu yarışda hakimlərin səhv qərarları nəticəsində lisenziya əldə edə bilmir.

Buna baxmayaraq, iki gün sonra Taype Cində 55 kq çəki dərəcəsində dünya çempionu olaraq Vətənə qızıl medalla dönür.

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında iştirak edərək 58 kq çəki dərəcəsində medal üçün döyüşdə yenə də 1 xalla məğlub olur.

Həmin il Çelyabinsk şəhərində böyüklərdən ibarət dünya çempionatına qatılan Məhəmməd 4 döyüşü qalib başa vursa da, yenə də medal uğrunda döyüşdə məğlub olur.

Lakin bundan sonra 2015-ci ildə Meksikada keçirilən dünya çempionatına qatılaraq dünya kubokunun sahibi olur.

2016-cı ildə İsveçrədə keçirilən Avropa Çempionatında yenə də medal üçün döyüşdə məğlub olur.

Ancaq həmin il paytaxtımızda keçirilən dünya kubokunun qalibi olaraq ikiqat dünya kubokunun sahibi ünvanını əldə edir.

2017-ci ildə Cənubi Koreyada keçirilən Dünya çempionatına qatılır və üçüncü yerə layiq görülür.

Bundan bir ay sonra isə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edərək, yenə də üçüncü yerə sahib olur.

Həmin il tələbələr arasındakı universiyadada yenə də üçüncü yer tutur.

Bu il isə Rusiya Federasiyasının Kazan şəhərində keçiriləcək Avropa Çempionatına hazırlaşan Məhəmməd çempion olmaq arzusundadır.

Məhəmməd idmanda qazandıqlarını bu cümlələrlə ifadə edir:
- Bayrağımız dalğalananda insan qürur hissi keçirir. Millətimi, dövlətimi Allah qorusun. Biz idmançılara yaratdıqları şəraitə görə, prezidentimiz və federasiyamız sağ olsun. Bir də atama sağ ol deyib, qarşısında baş əyirəm. Mənim ən böyük qələbəm atamdır.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi















Facebook-da paylaş

Xəbəri paylaş