Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın basketbolçular arasında ölkə kuboku yarışlarının finalçıları müəyyənləşib

Qadın basketbolçular arasında ölkə kuboku yarışlarının finalçıları müəyyənləşib

Azərbaycan Texniki Universitetinin idman zalında qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının sonuncu qrup oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ilk oyununda BBA ilə “AZE U-16” komandaları qarşılaşıblar. Görüşdə BBA komandası 61:37 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb. Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubok yarışlarının növbəti finalçısı olub.

Günün ikinci oyununda “Alov” komandası PH basketbolçuları ilə üz-üzə gəlib. “Alov” komandası rəqibini 48:46 hesabı ilə məğlub edərək qrupda üçüncü pillənin sahibi olub.

Qeyd edək ki, kubok yarışlarının final görüşü aprelin 10-da saat 21:30-da “Sərhədçi” İdman Mərkəzində start götürəcək və federasiyanın rəsmi yutub hesabından canlı yayımlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş