Təmsilçimiz İvan Tixonov dünya kuboku yarışlarını səkkizinci pillədə başa vurub
İdman gimnastımız İvan Tixonov Bakıda keçirilən dünya kuboku yarışlarında turnik hərəkətlərini səkkizinci pillədə başa vurub.
BrendSport.az xəbər verir ki, gimnastımız hakimlərdən 12,200 xal alıb.
İsrailli gimnast Aleksandr Myakinin 14,200 xalla birinci olub. Yaponiya təmsilçisi Kazuki Matsumi 14,033 xalla yarışı ikinci, xorvatiyalı Tin Srbiç 13,666 xalla üçüncü pillədə başa vurub.
Turnirdə 49 ölkədən 173 idmançı iştirak edib.
Facebook-da paylaş