Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Gəncə”dən çətin, “Neftçi”dən isə asan qələbə

“Gəncə”dən çətin, “Neftçi”dən isə asan qələbə

Fevralın 18-də Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib

BrendSport.az
xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən ilk oyun “Sabah BK” və “Gəncə BK” basketbolçuları arasında olub. Oyunun birinci hissəsində “Sabah BK” qalib olsa da, gəncəlilər yekunda 81-76 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” (Entoni Patti - 17 xal, 10 ribaund), “Gəncə BK” (Cordan Endryus - 19 xal, 10 ribaund).

Günün ikinci oyununda paytaxt klubu “Neftçi İK”, region komandası “Olimpik Şəki BK” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü ələ alan paytaxt klubu yekunda 88-69 hesabı ilə qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: “Neftçi İK” (Yuri Kondrakov - 29 xal, 10 ribaund), “Olimpik Şəki BK” (Davante Kuper - 13 xal, 5 ribaund).

Qeyd edək ki, turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK”- “Sərhədçi PİK” arasında keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş