“Gent” komandası ilə matçda “Qarabağ” hesabı açıb
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Gent” oyununda Ağdam təmsilçisi hesabı açıb.
BrendSport.az xəbər verir ki, matçın 78-ci dəqiqəsində Ağdam komandasının futbolçusu Leandro Andrade baxımlı qola imza atıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edir.
Qeyd edək ki, cavab qarşılaşması fevralın 23-də Belçikada təşkil olunacaq.
Facebook-da paylaş