Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.
Federasiyadan BrendSport.az -a verilən məlumata görə, qadınlar arasında Yüksək Liqada II dövrənin son turu fevralın 9-da baş tutacaq.
VI turun ilk qarşılaşması “Abşeron” - “Murov” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlanacaq.
Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.
Kişilər arasında Yüksək Liqada VI turun oyunları isə fevralın 10-da gerçəkləşəcək. Həmin gün ilk olaraq saat 16:00-da MOİK - “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. II dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.
Facebook-da paylaş