Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri “Ümid yeri” uşaq sığınacağında olublar

Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri “Ümid yeri” uşaq sığınacağında olublar


Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağına baş çəkiblər.
BrendSport.az
saytının Gənclər şöbəsi xəbər verir ki, federasiyaya istinadla xəbər verir ki, görüşdə AGF-in əməkdaşları ilə birlikdə bədii gimnastika üzrə yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da iştirak ediblər.
Federasiyanın nümayəndələri uşaq sığınacağının balaca sakinlərinə xoş anlar yaşadıblar. Federasiya nümayəndələri və gimnastlar qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə uşaqları təbrik edərək, onlara xoşbəxt həyat arzulayıblar.
Gimnastlarımız balacalara Yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, bu aksiya bədii gimnastika nümayəndələrinin təşəbbüsü ilə artıq ənənəyə çevrilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi qaydaları nəzərə alınaraq həyata keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş