Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçular arasında federasiya kubokuna yekun vurulub

Yeniyetmə cüdoçular arasında federasiya kubokuna yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində 18 yaşadək yeniyetmələrin mübarizə apardığı Azərbaycan Cüdo Federasiyası (ACF) kuboku yarışı başa çatıb.

BrendSport.az
xəbər verir ki, Bakı klubları arasında keçirilən turnirin son günündə - dekabrın 12-də əvvəlcə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra yarışa start verilib. Yarışın üçüncü günündə yeniyetmə qızlar arasında 44, 57, +70, oğlanlar arasında isə 55, 73, +90 kiloqram çəki dərəcələrində qaliblər müəyyən edilib.
Belə ki, qızlar arasında Xumar Qasımzadə (44 kq), Gülnarə Bayramova (57 kq), Nigar Süleymanova (+70 kq), oğlanların yarışında isə Nicat İsmayılov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) qalib olublar.
Bakı klubları arasında ümumi hesabda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci yerə layiq görülüb. İkinci pillədə 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, üçüncü yerdə isə “Neftçi” idman klubunun yetirmələri qərarlaşıblar.
Yarışda fərqlənənlər müvafiq kuboklarla təltif ediliblər.
Ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda Bakının 39 klubundan 497 yeniyetmə cüdoçu iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş