Faydalı saytlar


Reklam



Güləşçimiz Avropa çempionu oldu



Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

BrendSport.az xəbər verir ki, Servet Angi (Türkiyə) ilə qarşılaşan təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.


Facebook-da paylaş