"Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik"
"Rəqiblərimizin oyunları istədiyimiz kimi başa çatdı. Amma qrupdakı mövqeyimizdə dəyişiklik olmadı. Bəlkə də bizə 4 xal kifayət edəcək".
BrendSport.az "Milliyet"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 haqda futbolçularla danışarkən deyib.
Türk mütəxəssis Uels - İsveçrə oyununun (1:1) heç-heçə ilə başa çatmasından sonra futbolçularda xəbərdarlıq edib və onlara arxayınlaşmamalı olduğunu bildirib. Günəş oyunçulara söyləyib ki, hədəfləri digər iki oyunda qələbə qazanaraq qrupdan çıxmaqdır: "Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".
Qeyd edək ki, Avro-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.
Facebook-da paylaş