Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığmamız yenə “quru hesab”a üzüldü



Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ikinci yoxlama oyununu keçirib.

BrendSport.az xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə daha bir matçda gücünü yoxlayıb.

İlk qarşılaşmada olduğu kimi bu dəfə də rəqib asan qələbəyə sevinib. Voleybolçularımız yenə 0:4 (15:25, 19:25, 18:25, 23:25) hesabı ilə uduzublar.

Mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq.

Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş