Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qarşımıza bir məqsəd qoymuşduq, o da çempionluq!




"Qarabağ" U-19-"Qəbələ" U-19 yarımfinal oyunu

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan, 2002-ci il təvəllüdlü Mahir Həsənov, milli komandamızda U-19-a qədər bütün yaş qruplarında forma geyinib. Futbolçu hazırda "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasının kapitanıdır.
Üç dəfə ölkə çempionu olmuş Mahir, yenə çempion olmaq istədiyini bildirir.
"Qəbələ" ilə oyun öncəsi Mahirdən müsahibə alıb, oyun haqqında fikirlərini öyrəndik.

-Biz əvvəlcədən qarşımıza bir məqsəd qoymuşduq, o da çempionluq. Hal-hazırda komandada ab-hava çox yaxşıdır. "Qəbələ" güclü rəqibdir. Biz əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Oyuna yaxşı hazırlaşmışıq.

-Mahir gələcək fikirlərini və milli komanda ilə bağlı sualımızı da cavablandırdı.

- İnşallah 21 yaşlılardan ibarət komandada əlbəttə ki, özümü görmək istəyərəm. Hal-hazırda da milli komandada çox güclü oyunçular oynayır. Onlara gələn oyunlarda uğurlar arzu edirəm. Bu turnir bizim üçün şans da ola bilər milli komandaya düşməyə. İndi mənim və komandamızın fikri yalnız turnirin oyunlarındadır.

BrendSport.az






Sevanə Nurullayeva


Facebook-da paylaş

Xəbəri paylaş