Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Gələcəkdə nələrin olacağını birlikdə görəcəyik”



“Bu ziyarətlə bir növ, şəhidlərimizə olan mənəvi borcumuzu yerinə yetirmiş olduq”

Azərbaycan Premyer Liqasının məhz son oyununda çempionun müəyyənləşməsi ölkə futbolunun nə qədər gərgin və maraqlı keçməsinin bariz göstəricisidir. Son turun gərgin keçəcəyini isə əvvəlcədən də təxmin etmək o qədər də çətin deyildi.

Belə ki, son tura qədər turnir cədvəlində birinci yerdə olan “Qarabağ”a, ikinci yerdə olan “Neftçi” ilə final oyununda çempion olması üçün heç-heçə də kifayət edirdi. Lakin xarakter göstərərək oyunun son dəqiqələrinə qədər mübarizədən geri çəkilməyən “Neftçi” son dəqiqələrdə qol vuraraq layiqli qələbə qazandı və 2020-2021-ci illər mövsümünün çempionu oldu.

Biz də çempion komandanın gənc qapıçısı olan Kamran İbrahimovla görüşüb oyundan sonrakı hisslərini və fikirlərini öyrənməyə çalışdıq.

Qeyd edək ki, Kamran U-21 Milli Komandamıza qədər bütün yaş qruplarında yığmamızın qapıçısı olub.

- Kamran, bu günə qədər komandanın daxilində ab-hava necə idi və bu çempionluqdan sonra komandada nələrin olacağını gözləyirsən?

- Deyə bilərəm ki, bu günə qədər hər şey əla idi. Komandada olan yüksək ab-havanı Samir müəllim həmişə qoruyub saxlayırdı və bizi çempion ola biləcəyimizə daim inandırmağa çalışırdı.

- Çempionluq sevincini öncə kiminlə bölüşdün?


- Ən birinci qardaşımla bölüşdüm. Çünki qardaşım həmişə mənə dayaq olub və demək olar ki, ən böyük dəstəkçim də elə o olub. Bəlkə də qardaşım olmasaydı, bu uğurları qazana bilməzdim.

- Mükafatlandırmadan sonra komandayla birlikdə “Neftçi”nin azarkeşi olan şəhidin məzarını ziyarət etdiniz. Nə düşündün, necə hislər idi?


- Bəli, getdik ziyarət etdik. Hər bir azarkeş bizim üçün dəyərlidi. Çox təəssüf ki, II Qarabağ müharibəsində
neçə-neçə dəyərli oğullarımızı itirdik. Onların arasında “Neftçi”nin azarkeşləri var idi. Bu ziyarətlə bir növ, şəhidlərimizə olan mənəvi borcumuzu yerinə yetirmiş olduq. Allah bütün iəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

- “Neftçi”dən başqa hansı komandalardaynamaq istərdin? Fərq etməz, ölkəmizdə və ya Avropada.


- Təbii ki, bütün futbolçular kimi mən də daha böyük klublarda oynamaq istərdim. Əsas da “Beşiktaş”da oynamaq istəyərdim. Orada olan ab-hava mənim ruhuma daha yaxın gəlir.

- Xarici klublardan transfer təklifi olubmu?


- Yox, hələ ki, eləb bir təklif yoxdur.

- Pərəstiş etdiyin və ya ideal kimi gördüyün oyunçu varmı?


- Təbii ki, bir çox oyunçular kimi mənim də pərəstiş etdiyim futbolçu var. Qapıçı Yan Oblakı çox bəyənirəm.

- Bir çox komandalar var ki, gənc oyunçulara oynamaq üçün daha çox şans verir. Məsələn “Səbail” və “Sumqayıt” kimi. Bəs sən necə düşünürsən, “Neftçi” gənc oyunçulara özlərini sübut etmək üçün kifayət qədər şans verirmi?

- Azərbaycanda çox komanda olmadığından gənc oyunçuların da şans qazanmağı çətindir. Mənim mövqeyim də elədir ki, gənclər üçün daha çox çətin şans qazanmaq olur. Bu barədə danışmaq çətindi gələcəkdə nələrin olacağını birlikdə görəcəyik.

- Necə düşünürsən, ikiqat çempion demək olarmı sənə? Nəzərə alsaq ki, həm birinci divizionda, həm də əsas komandada çempion oldunuz.


- Məncə, mənim üçün ikiqat çempionluq inşAllah gələn il çempion olsaq olacaq.

- Gələcək planlarına nə daxildi? Sirr deyilsə, bu haqda qısa məlumat verərdin.


- İnanın, hələ ki, şzüm də bilmirəm. Hələ ki, çempionluq sevincini yaşayırıq.

Biz də BrendSport.az saytı olaraq səmimi söhbətə görə, gənc qapıçımıza təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayırıq.



Sevanə Nurullayeva


Facebook-da paylaş

Xəbəri paylaş