Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki güləşçimiz final görüşünə çıxır



Azərbaycanın iki sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatının finalına yüksəlib.

BrendSport.az xəbər verir ki, Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan Abasov adını finala yazdırıb. Güləşçimizin rəqibi Amanula Rasulov (Rusiya) olacaq.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan O.Nurməhəmmədov Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Həlledici mərhələdə güləşçimiz Erhan Yaylacı (Türkiyə) ilə üz-üzə gələcək.

Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan, dörddəbir finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Paris Karepi (Almaniya) / Georgi İvanov . Ba(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 20:00-da mübarizəyə start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş