"Sumqayıt"ın prezidenti sevimli futbolçusuna QİYMƏT QOYDU
«Sumqayıt» Rəhim Sadıqovun transfer dəyərini müəyyənləşdirib.
«Kimyaçılar» iki mövsümdür xidmətindən yararlandığı yarımmüdafiəçiyə 80 min dollar qiymət qoyub.
Klubun prezidenti Riad Rəfiyev müqaviləsi gələn yay bitəcək orta sahə oyunçusunu ölkə xaricisinə satmağa can atır. Menecerlik fəaliyyətini qeyri-rəsmi olaraq davam etdirən Rəfiyev anlayır ki, yerli Premyer Liqa təmsilçilərinin heç biri bu qədər pulu ödəməyəcək.
Bu səbəbdən Rəhimin millidə daha çox oyun keçirməsinə çalışır ki, üzdə olsun və qiymətə minsin. Həm də ki, yığmadakı oyunlara görə onun xarici müştərilərin diqqətini çəkməsi daha realdır.
Premyer Liqanı kimdir gəlib izləyən? Rəfiyev bunu başa düşdüyü üçün Canni De Byazinin başına dolanıır. Lap pərvanə kimi.
Millinin baş məşqçisinin qılığına girən və özünü ona AFFA rəhbərliyinin «sağ əli» kimi tanııdan «Sumnqayıt»ın prezidenti bu yolla cəhd edir ki, agenti olduğu futbolçulara forma şansı qazanlırsın.
Bu da ondan ötrü «biznes»in bir növüdür. Rəfiyev belə «bazarlıqlar»ın mahir bilicisidir.
BrendSport.az
Facebook-da paylaş