Bakı klubunun rəhbərdiyi 2 TƏLƏB İRƏLİ SÜRDÜ
«Keşlə» rəhbərliyi baş məşqçi Sənan Qurbanov və futbolçulardan son tələbini edib.
BrendSport.az -ın məlumatına görə, rəsmilər komandadan ölkə kubokunun finalına vəsiqə qazanmağı istəyib.
İlk görüşdə «Zirə»yə 1:2 hesabıyla uduzan kollektiv sabah səfərdən sərfəli nəticəylə dönməsə, islahat düyməsi basılacaq. Bu isə o deməkdir ki, «Keşlə» gələn sezona yeni çalışdırıcı və heyətdə başlayacaq.
İdarəçilər Premyer Liqa ilə bağlı tələblərini də açıqlayıb. 14 turluq aradan sonra «Səbail»lə oyunda qələbə qazanan komandanın qarşısına növbəti 4 turda 5-ci pilləyə yüksəlmək vəzifəsi qoyulub.
Facebook-da paylaş