Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daha bir güləşçimiz Avropa çempionatında üçüncü olub

Daha bir güləşçimiz Avropa çempionatında üçüncü olub


Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. Dörddəbir finalda Türkiyə güləşçisi ilə mübarizədə 5:1 hesabı ilə öndə olsa da, təşəbbüsü əldən verərək məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz aprelin 24-də təsəlliverici görüşə çıxıb. Ermənistan güləşçisini xalçaya çıxmağa peşman edən güləşçimiz 3-cü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib. Son qarşılaşmada Ukrayna idmançısı üzərində inamlı qələbə qazanan S.Süleymanov komandamıza ikinci bürünc medal qazandırıb.
Yunan-Roma güləşçilərimizdən Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş