Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində yeniyetmələr arasında (U18) cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.
Azərbaycan Cüdo Federasiyasından BrendSport.az -a verilən məlumata görə, yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Belə ki, Samir Əliquliyev (46 kq), Əlihümbət Qafarov (60 kq), Vüqar Talıbov (81kq), Könül Əliyeva (48 kq) və Pərvanə Abdullayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.
Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş