Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq
Avqustun 6-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsində səfərdə Kiprin “APOEL” komandasının qonağı olacaq.
BrendSport.az xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci və ikinci təsnifat mərhələlərində müvafiq olaraq Albaniyanın “Partizani” və İrlandiyanın “Dundalk” komandalarını mübarizədən kənarlaşdırıb.
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasına qalib gəlib - 1:0, 3:0
Facebook-da paylaş