AFFA məşqçilərə diplom verdi
AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirilib.
BrendSport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kursu məvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar verilib.
AFFA-nın Futbol akademiyasında Texniki direktor Bernhard Lippert, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənov tərəfindən müvafiq diplomlar təqdim olunub.
Facebook-da paylaş