Stolüstü tennis üzrə “Olimpiya ümidləri” respublika turnirinin qalibləri müəyyənləşib
2009-cu il və daha kiçik yaşlı idmançılar arasında stolüstü tennis üzrə “Olimpiya ümidləri” respublika turniri keçirilib.
BrendSport.az xəbər verir ki, turnirdə 94 idmançı birincilik uğrunda mübarizə aparıb.
Qızlar arasında müxtəlif yaş qruplarında Zəhra Süleymanova, Xədicə Eylazova, Yağmur Məmmədli və Xədicə Babazadə birinci yeri tutublar. Oğlanların mübarizəsində isə Vaqif Ələkbərov, Uğur Nəzərli və Onur Quluzadə qızıl medal qazanıblar.
Facebook-da paylaş