Bakı finalını "Çelsi" qazandı
Avropa Liqasında final oyunu keçirilib.
İlk dəfə Bakıda təşkil edilən həlledici matçda İngiltərə nəhəngləri - "Çelsi" və "Arsenal" üz-üzə gəlib.
London derbisi "topçular" üçün ikiqat əhəmiyyətli idi. Unay Emerinin komandası qələbə qazanmaqla həm də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə etmək niyyətindəydi. "Çelsi"nin isə artıq bu turnirə yollanacağı dəqiqləşmişdi. Ancaq Maurisio Sarrinin komandası mövsümü titualla bitirməyi hədəfləyirdi.
İstəyinə çatan "zadəganlar" olub. Maurisio Sarrinin komandası rəqibini 4:1 hesabı ilə məğlub edərək, kuboku muzeyinə aparıb.
Avropa Liqası
Final
29 may
23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1
Qollar: Olivye Jiru, 49, Pedro, 60, Eden Azar, 65 (pen.), 72 - Aleks Ayvobi, 69
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu
"Çelsi": Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri
Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran
Baş məşqçi: Maurisio Sarri
"Arsenal": Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka
Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka
Baş məşqçi: Unay Emeri
Facebook-da paylaş