DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
Mayın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 28 may - Respublika Günü münasibətilə uşaqlar arasında sürətli şahmat üzrə turnir keçirilib.
BrendSport.az xəbər verir ki, DTX-nin Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə əsasən Mərkəzin şahmat məktəbinin 6-13 yaşlı 40-a yaxın yetirməsi mübarizə aparıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydaları çərçivəsində altı turdan ibarət olan yarış iki gün - mayın 25-26-da təşkil edilib.
Yarışın bağlanış mərasimində şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvləri, beynəlxalq dərəcəli qrossmeysterlər Türkan Məmmədyarova və İlahə Qədimova, eləcə də Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli qrossmeyster Cahangir Ağarəhimov qalibləri və turnirdə fərqlənən uşaqları 28 may - Respublika Günü münasibətilə təbrik edib, onlara sertifikatlar təqdim ediblər.
AZƏRTAC
Facebook-da paylaş