Şahmat üzrə “Bahar” beynəlxalq festivalı keçiriləcək
Martın 8-dən 16-dək Vüqar Həşimov adına Şahmat Akademiyasında “Bahar” beynəlxalq şahmat festivalı keçiriləcək.
BrendSport.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Yarışda yaş və dərəcə məhdudiyyəti yoxdur. Nəticələr beynəlxalq reytinqin hesablanması üçün FIDE-yə, milli reytinqin hesablanması üçün isə Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.
Turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.
Facebook-da paylaş