Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçirilir
Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçirilir.
BrendSport.az xəbər verir ki, yarışda 70-dən çox şahmatçı mübarizə aparır. Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə şahmatçıların nəticələri beynəlxalq və milli reytinq siyahılarının hazırlanması üçün müvafiq olaraq, FIDE-yə və Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.
Yarış martın 16-dək davam edəcək.
Facebook-da paylaş