Qurban Qurbanov: “Qarabağ” qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdi
Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı.
BrendSPort.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O söyləyib: Rəqib komanda oyunboyu təzyiq göstərib. Ancaq oyunçularımın mübarizəsindən razıyam. Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısına hazır olmalıyıq”.
Facebook-da paylaş