Azərbaycan Qılıncoynatma Federasiyasının ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yanvarın 29-da yenidən istifadəyə verilib.
AQF-dən BrendSport.az -a bildiriblər ki, zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib. Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də videomüşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər. AQF-in nəzdində daha iki zal Azərbaycan Texniki Universitetin İdman Sarayında fəaliyyət göstərir.
Zalda 2005-ci il təvəllüdlü və daha aşağı yaşlı məktəblilər arasında “Olimpiya ümidi” turnirinə start verilib. Üç gün davam edəcək turnirdə sablya, rapira və şpaqa yarışlarında qaliblər müəyyənləşəcək.
Facebook-da paylaş