Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” “Sumqayıt” səfərində, “Zirə” “Səbail”ə qarşı



Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçnda “Zirə” “Səbail”in qonağı olacaq. Komandalar arasında keçirilən ilk görüşdə “Zirə” rəqibi üzərində minimal hesablı qələbə qazanıb.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. “Kimyaçılar” doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Komandalar arasında keçirilən ilk görüşdə “Sumqayıt” səfərdə “Neftçi”ni 2:0 hesabıyla məğlub edib.

1/4 final mərhələsinin cavab oyunları çərçivəsində sabah daha 2 qarşılaşma keçiriləcək. “Qarabağ” “Keşlə”nin, “Qəbələ” isə “Sabah”ın qonağı olacaq.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

19 dekabr

Səbail - Zirə
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”, 16:00

Sumqayıt - Neftçi
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Sumqayıt şəhər stadionu, 19:00

20 dekabr

Sabah - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Əlincə Arena”, 16:00

Keşlə - Qarabağ
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 19:00



Facebook-da paylaş

Xəbəri paylaş