Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Arsenal”–“Qarabağ” oyununun hakimləri müəyyənləşib



Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunda İngiltərənin “Arsenal” klubu ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

BrendSport.az xəbər verir ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda baş tutacaq görüşün idarə edilməsi danimarkalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyalarını yerinə yetirəcəklər.

Beş turdan sonra E qrupuna 13 xalla “Arsenal” klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın “Sportinq” klubu ikinci, hərəyə 3 xalı olan “Vorskla” (Ukrayna) və “Qarabağ” üçüncü və dördüncü yerləri bölüşürlər.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş