Mingəçevirdə üzgüçülük məşqçiləri üçün seminar keçirilib

Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində fəaliyyət göstərəcək məşqçilər üçün seminar keçirilib.
BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 8-dən 10-dək davam edən təlim proqramını uğurla başa vuran məşqçilər layihə çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçiblər. Bu yanaşma ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo aparıb. Təlimi uğurla başa vuran məqçilərə sertifikatlar təqdim olunub.
Facebook-da paylaş





















