Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeddi yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün imtahan



Martın 5-i və 6-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

BrendSport.az
xəbər verir ki,imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə federasiya tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.


Facebook-da paylaş

Xəbəri paylaş