Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub



Yeniyetmə qızlardan ibarət Azərbaycan millisinin üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.

BrendSport.az
xəbər verir ki, seminar ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.

Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub. Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.





Facebook-da paylaş

Xəbəri paylaş