Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı baş tutub.
BrendSport.az xəbər verir ki, federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə qurumun prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.
İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Facebook-da paylaş





















