Bu gün cüdo üzrə Azərbaycan çempionatı start götürəcək

Bakı İdman Sarayında baş tutacaq yarışın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
BrendSport.az xəbər verir ki, qadınlar arasında -63 kq, -70 kq, -78 kq, +78 kq; kişilərdə isə -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Təsnifat görüşləri saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq.
Qeyd edək ki, ölkə çempionatı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.
Facebook-da paylaş





















