Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki klubu amerikalı basketbolçu transfer edib



Azərbaycanın basketbol klublarından NTD və “Şəki” heyətlərinə yeni oyunçular cəlb edib.

BrendSport.az
xəbər verir ki, NTD amerikalı Andra Terell Makkini transfer edib. Oyun qurucusu mövqeyində çıxış edən 24 yaşlı basketbolçu son olaraq ABŞ-ın “Miluoki Panters” komandasının şərəfini qoruyub. NTD buna qədər Ladarius Marşalın və Kobud Montqomerinin transferlərini həyata keçirib.

“Şəki” isə ötən mövsümün II yarısını “Gəncə”də keçirmiş amerikalı Malek Deyvisi heyətinə qatıb. 25 yaşlı oyunçu daha əvvəl Çin və Latviyada legioner həyatı yaşayıb.


Facebook-da paylaş

Xəbəri paylaş