“Sabah” heyətinə yeni basketbolçu cəlb edib

“Sabah” basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.
BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi Hüseyn Məmmədovun keçidini rəsmiləşdirib.
2008-ci il təvəllüdlü basketbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hüseyn Məmmədov 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.
Facebook-da paylaş
