Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Naxçıvanda MMA üzrə açıq birincilik keçirilib



İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA idman növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib.

BrendSport.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Turan" Döyüş Klubu tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın idmançı qatılıb.

13 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Mükafatlandırma mərasiminin əvvəlində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidova idmançılara göstərilən diqqət və dəstəyə görə Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov tərəfindən təşəkkürnamə təqdim olunub.

Federasiyanın Naxçıvan üzrə nümayəndəsi Xəyal Abdullayev isə MMA və qrapplinq idman növlərinin təbliği və inkişafındakı xidmətlərinə görə fəxri diplomla təltif olunub.

İlk üç yeri tutan idmançılara diplom və medallarla mükafatlandırılıblar. Mükafatları nazir müavini Məcid Seyidov, federasiya prezidenti Azad Əsgərov və digərləri təqdim ediblər.

Nəticələrə əsasən Yusif Qasımov (25 kq), Ayxan Quliyev (32 kq), Məhəmməd Qasımov (38 kq), Nurəddin Əliyev (42 kq), Əli Əbilov (46 kq), Rahim Cəfərov (50 kq), Əbülfəz Cəfərov (52 kq), Məhəmməd Həsənov (54 kq), Musa Abdullayev (56 kq), Elgün Fərəcov (58 kq), Oğuz Məmmədli (61 kq), Əli Əsədli (64 kq) və Ravil Alməmmədov (73 kq) müvafiq çəki dərəcələrində birinci olublar.


Facebook-da paylaş

Xəbəri paylaş