Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub.
BrendSport.az xəbər verir ki, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar.
Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımi şəraiti yaratdığını vurğulayıb.
Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacaqlarını deyiblər.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollanacaqlar.
Facebook-da paylaş