Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Millimizin bayraqdarları müəyyənləşib



Azərbaycan millisinin Paris-2024 Yay Paralimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.

BrendSport.az
xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov açıqlayıb.

O, Azərbaycan İdman Akademiyasında Paris-2024 Yay Paralimpiya Oyunları ilə bağlı təşkil olunan mətbuat konfransında qeyd edib ki, yığmamız tarixində ilk dəfə 7 idman növündə iştirak edəcək. Qurum rəsmisi bildirib ki, açılış mərasimində bayraqdarlarımız dünya və Avropa çempionu İmaməddin Xəlilov və Lamiyə Vəliyeva olacaq.

Qeyd edək ki, Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək. İmaməddin parataekvondo, Lamiyə paraatletika yarışlarında çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş