“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
BrendSport.az xəbər verir ki, paraatıcılıq üzrə yığmanın üzvü Aybəniz Babayeva nüfuzlu yarışda iştirak edəcək.
MPK tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Facebook-da paylaş