Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Paris-2024”ə lisenziya qazanan idmançı: Məqsədim yarışa ən yaxşı formada hazır olmaqdır



“İdmana başlayanda istəyim Paralimpiadada mübarizə aparmaq olub”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Paris -2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanan parakamandan oxatma üzrə Azərbaycan milli komandasının üzvü Cahan Musayev deyib.

O, nüfuzlu yarışda iştirak edəcəyi üçün xoşbəxt olduğunu bildirib: “Paralimpiya Oyunlarında Vətənimi təmsil etmək ən böyük arzum idi. Artıq məqsədim ilk dəfə çıxış edəcəyim yarışa ən yaxşı formada hazır olmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş