Türkiyə klubunda ilk qolunu vuran Renat Dadaşov: Mövsümə əla başladıq
Mövsümə əla başladıq.
BrendSport.az xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
I Liqanın ilk turunda "Şanlıurfaspor"la matçda fərqlənən 25 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib: "Biz çalışmağa davam edəcəyik".
Qeyd edək ki, qarşılaşma "Ankaragücü"nün qələbəsi ilə bitib - 2:0. 67-ci dəqiqədə oyuna daxil olan forvard 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb. Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Facebook-da paylaş