Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sabah" Konfrans Liqasındakı ilk matçına getmək istəyən azarkeşləri avtobus və biletlə təmin edəcək



"Sabah" klubu Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə keçirəcəkləri matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

BrendSport.az
xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaq.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycan Respublikasının Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

Qeyd edək ki, "Makkabi" - "Sabah" matçı iyulun 25-də, Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda yerli vaxtla saat 19:00-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş