Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" oyununun biletləri bu gün satışa çıxarılacaq



UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün, saat 19:00-dan etibarən satışa çıxarılacaq.

BrendSport.az
xəbər verir ki, komandanın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışına qarşıdakı günlərdə başlanılması nəzərdə tutulub. Biletlərin qiymətləri yerlərə görə 2-10 manat aralığında dəyişir.

Qeyd edək ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandır.


Facebook-da paylaş

Xəbəri paylaş