Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tərtərdə keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub



Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, iki gün davam edən yarışın yekununda qalibləri mükafatlandırılıb.

2016-cı il təvəllüdlü idmançıların mübarizəsində çoxnövçülük üzrə yarışda bütün rəqiblərini qabaqlayan Suel Kərimova qızıl, Gülər Xanseydiova gümüş, Aylin Gözəlova isə bürünc medal qazanıb.

2015-ci ildən olan gimnastlar arasında Mira Özel fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nikat Pünhanlı ikinci, Leyla Kərimlini isə üçüncü yerlə kifayətlənib.

2014-cü il təvəllüdlü idmançılardan Mişel Aniskina qızıl, Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva isə bürünc medala sahib çıxıblar.

Qrup hərəkətləri üzrə çoxnövçülükdə isə BGM 2 (Bakı Gimnastika Məktəbinin ikinci heyəti) qızıl, "Grasiya" İdman Klubu gümüş, BGM 1 (Bakı Gimnastika Məktəbinin birinci heyəti) bürünc medal əldə edib.

Yeniyetmələr arasında çoxnövçülük üzrə yarışda isə Kozaçuk Maria qızıl, Azadə Atakişiyeva gümüş, Nur Sadıqova bürünc mükafatçı olub.

Gənclər arasında çoxnövçülük üzrə yarışda Sofiya Marçuk yarışın qalibi adını qazanıb. Şəms Müvəffəqi ikinci, Dəniz Abdullazadə isə üçüncü olmaqla adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

Qeyd edək ki, birincilikdə müxtəlif idman klublarından 130 idmançı qüvvəsini sınayıb.


Facebook-da paylaş

Xəbəri paylaş