“Zirə”nin yay hazırlıq planı bəlli olub
“Zirə” komandasının yay hazırlıq planı bəlli olub.
BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi iyunun 14-dən iyulun 4-ə kimi Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçirəcək.
Hazırlıq prosesində üç yoxlama oyunu olacaq. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi isə hələlik məlum deyil.
Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.
Facebook-da paylaş