"Zirə" Türkiyəyə gedir
“Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub.
BrendSport.az klubun saytına istinadən xəbər verir ki, komanda məşqlərə iyunun 24-də start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə olacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.
Facebook-da paylaş