Əsas Səhifə > Ölkə idmanı > “Zirə”nin yay hazırlıq planı bəlli olub
“Zirə”nin yay hazırlıq planı bəlli olub5-06-2024, 14:29 |
“Zirə” komandasının yay hazırlıq planı bəlli olub. BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi iyunun 14-dən iyulun 4-ə kimi Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu olacaq. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi isə hələlik məlum deyil. Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək. Geri qayıt |